Xəzər Xəbər

Astarada portağal yığımı başladı Məhsul boldur, alıcı isə tapılmır - VİDEO

Veb TV | 18:31 • 9 Dekabr 2018
Astarada portağal yığımı başladı

Məhsul boldur, alıcı isə tapılmır.

Bir neçə gündür ki, Astarada portağal yığımına başlanılıb. Bu rayonda sitrus meyvəçiliyi ilə əsasən Kijəbə, Şüvi, Siyəkü və Səncərədi ərazi icra nümayəndəliklərində yerləşən yaşayış məntəqələrinin sakinləri məşğul olurlar. Bu il məhsul qənaətbəxş olduğundan bağlarda yığım da həvəslə aparılır.

Təsərrüfat sahiblərinin sözlərinə görə, hələlik portağala tələbat yüksək deyil.. Qiymət də qaneedici olmadığından məhsul bağlardan yığılaraq saxlanılır.

Fermerlərin sözlərinə görə, məhsulun keyfiyyəti bundan da yüksək ola bilərdi. Lakin, yay aylarında bağlara düşən xəstəlik və ağaclara vurulan dərmanların heç bir təsir göstərməməsi meyvənin keyfiyyətini nisbətən aşağı salıb.

Xəbər lenti

Çox oxunanlar