Xəzər Xəbər

Marsdan ilk səslər eşidildi, NASA paylaşdı! - VİDEO

Veb TV | 11:28 • 8 Dekabr 2018
Marsdan ilk səslər eşidildi,

NASA Marsdan gələn ilk səsləri paylaşıb

"NASA-da hər gün inanılmaz işlər görürük”

ABŞ Aeronavtika və Kosmos İdarəsi (NASA), "İnSight”ın göndərdiyi səs yazılarını paylaşıb. Alim Brus Banerdt bu səs yazısının sürpriz yenilik olduğunu bildirib.

Həmin səs yazısı vasitəsilə dünyada ilk dəfə başqa planetin səsləri eşidilir. Alimlər səsin saatda 24 kilometr sürətlə əsən şimal-qərb küləyinin səsi olduğunu deyir.

NASA-nın rəhbəri Jim Bridenstine səs yazısı ilə bağlı "Başqa planetin səslərini eşitmək maraqlıdır. Möhtəşəm komandamız var. NASA-da hər gün inanılmaz işlər görürük”, - deyib.

Videodakı səs, insan qulağının eşitməyi üçün iki oktava qaldırılıb. Videoda Marsdan gələn ilk külək səsi eşidilir.

AzNews.az

Xəbər lenti