Xəzər Xəbər

Ukrayna S-125 zenit-raket kompleksini sınaqdan keçirib - VİDEO

Veb TV | 12:59 • 6 Dekabr 2018
Ukrayna S-125 zenit-raket kompleksini sınaqdan keçirib -

Ukraynada yeni qanadlı raketi və modernləşdirilmiş S-125 zenit-raket kompleksini sınaqdan keçirilib.

Sınaqlar Odessa vilayətində aparılıb.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksandr Turçinov deyib ki, qanadlı raket 280 km məsafədəki hədəfi uğurla məhv edib: "S-125 kompleksi isə 8 buraxılış həyata keçirməklə su üzərində həmin sayda hədəfə çatıb".

Onun sözlərinə görə, bu, çox yaxşı nəticədir və onu göstərir ki, modernləşdirilmiş komplekslər həm havadan, həm də sudan olan təcavüzdən etibarlı müdafiəni təmin edə bilir və Qara və Azov dənizlərinin sahil mühafizəsini əhəmiyyətli dərəcədə gücləndirəcək".

Xatırladaq ki, bu ilin fevralında Ukrayna Prezidenti Petro Poroşenko S-125M "Peçora" zenit-raket komplekslərinin seriyalı modernləşdirilməsi barədə bəyanat vermişdi. (Trend)

Xəbər lenti

Çox oxunanlar