Xəzər Xəbər

Şəhid vərəsələrinə ödənişlərin edilməsi prosesi davam etdirilir VİDEO

Veb TV | 18:57 • 17 Noyabr 2018
Şəhid vərəsələrinə ödənişlərin edilməsi prosesi davam etdirilir

Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsi prosesi uğurla davam edir. Artıq birdəfəlik ödəmənin verilməsi üçün qəbul olunmuş qərarlar üzrə müvafiq vəsait vərəsələrin bank hesablarına köçürülür.

Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması prosesi Balakən rayonunu da əhatə edir. Bu rayonda yaşayan həmin qəbildən olan insanlar artıq müvafiq ödənişləri alıblar.

Dövlət başçısının mühüm sosial əhəmiyyət kəsb edən növbəti humanist addımının nəticəsi olaraq, birdəfəlik ödəmə ilə təmin olunan şəhid ailələrinin bir çoxu həmçinin mənzillərlə, təqaüdlərlə, pensiya və müavinətlərlə təmin olunub, onların ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı da dövlət büdcəsi hesabına ödənilir.

Silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, eləcə də onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi məsələləri hər zaman dövlətin diqqət mərkəzindədir.

Xəbər lenti

Çox oxunanlar