Xəzər Xəbər

Belçikada cəsədlər gübrə kimi istifadə ediləcək VİDEO

Veb TV | 14:36 • 12 Noyabr 2018
Belçikada cəsədlər gübrə kimi istifadə ediləcək

Belçikanın paytaxtı Büresseldə artıq cəsədlər basdırılmaq əvəzinə xüsusi bir üsulla humuslu torpağa çevriləcək. FaktXeber.com-un məlumatına görə, Brüsel əyalət Parlamenti belə bir qərara gəlib. Qanundakı yeni dəyişiklikliyə əsasən taxta tabutda basdırılmanın vacibliyi ləğv edilib: istəyənlər vəsiyyətlərinə görə, kəfəndə, mumya üçün xüsusi bezdə, ya kardonda basdırılacaq.

Basıdırılmaq istəməyənlər üsün isə fərqli üsullar təklif ediləcək. Bu yollardan biri də «humunasion» adlanır.

Cəsədlər kəsilmiş ağacların içindən əldə edilən mikroorqanizmlər sayəsində 12 ay müddətində humuslu torpağa çevriləcək (Humus – torpaqdakı mikroorqanizmlər tərəfindən bitki və heyvan qalıqlarının parçalanması nəticəsində yaranan maddədir).

Basdırılmaq istəməyənlər üçün başqa bir xidmət isə cəsədin əridilməsidir: Ölən şəxsin vücudu 96 dərəcəlik xüsusi maddənin içində 4 saat içində tamamilə yox ediləcək.

Bundan başqa öldükdən sonra yandırılmaq istəyənlərin küllərinin sovrulması üçün xüsusi yerlər də müəyyənləşib.

Parlament yeni dəyişikliklərlə ətraf mühit problemlərini və məzarlıq çatışmazlığının qarşısının almağı hədəfləyir.




Xəbər lenti

Çox oxunanlar