Xəzər Xəbər

Türkiyədə fərari əsgər insanları girov götürdü VİDEO

Veb TV | 18:03 • 22 Oktyabr 2018
Türkiyədə fərari əsgər insanları girov götürdü

Təhlükəsizlik qüvvələri əməkdaşları əsgərlə danışıqlara gedərək onu saxlayıb

Türkiyənin Qaziantep şəhərində yerləşən hərbi hissədən qaçan silahlı əsgər alış verim mərkəzində işləyən şəxsləri girov götürüb.

Fərari hərbçi "G3" markalı piyada tüfəngi ilə insanları girov götürüb.

Dərhal ticarət mərkəzində giriş-çıxış bağlanıb, hadisə yerinə çox sayda polis, jandarma qüvvələri, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Təhlükəsizlik qüvvələri əməkdaşları insanları girov götürən şəxsi fərari əsgərlə danışıqlara gedərək onu saxlayıb.


Xəbər lenti