Xəzər Xəbər

Halldorsson oynadı, İslandiya evdə uduzdu VİDEO

Veb TV | 12:34 • 16 Oktyabr 2018
Halldorsson oynadı, İslandiya evdə uduzdu

UEFA Millətlər Liqasında qrup mərhələsininoyunları keçirilir.

A liqasının 2-ci qrupunda yer alan İslandiya millisi evdə İsveçrəni qəbul edib. Matç meydan qonaqların2:1hesablı qələbəsiylə yekunlaşıb.

İslandiya millisinin qapısını "Qarabağ”ın qolkiperi Hannes Halldorsson qoruyub.

90 dəqiqə meydanda olan 34 yaşlı qapıçı 2qolun qapıdan keçməsinə mane ola bilməyib.

Qrupa 6 xalla Belçika başçılıq edir. Eyni xala malik olan İsveçrə 2-cidir. İslandiyanın aktivində xal yoxdur.

İslandiya - İsveçrə 1:2

Qollar: Alfred Finnboqason, 81 - Haris Seferoviç, 52, Mixael Lanq, 67

Xəbər lenti

Çox oxunanlar