Xəzər Xəbər

Qəbələdə suriyalı ailənin faciəsi Dəhşətli görüntülər - VİDEO

Veb TV | 18:57 • 8 Oktyabr 2018
Qəbələdə suriyalı ailənin faciəsi

Qəbələdə ərəb turistlərin qaldığı evdə yanğın olub. Hadisə nəticəsində 1 ərəb ölüb , 6-sı isə xəsarət alıb. Baş vermiş hadisə ilə bağlı fövqəladə hallar və səhiyyə nazirlikləriməlumat yayıblar.

Ərəb turistlərin kirayə qaldığı evdə baş verən yanğın zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisə Qəbələdə baş verib.Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb. Rayonhüquq-mühafizə orqanlarından verilən məlumata əsasən hadisə zamanı Suriya vətəndaşı 23 yaşlı Arua Adnan Əl-Həmidi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə zamanı evdə olan Suriya vətəndaşları 25 yaşlı Əhmad Adnan Əl-Həmidi,17 yaşlı Nura Adnan Əl-Həmidi, 29 yaşlı Sara Adnan Əl-Həmidi, 1 yaşlı Adam Mudar Əl-Dehni, 58 yaşlı Raba Muhammed Əl-Rovaşda, 60 yaşlı Adnan Əl-Həmidi müxtəlif dərəcəli bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib. Daha sonra isə onlar müalicə üçün Bakıya gətirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə onların vəziyyətləri ağır deyil. Və dövlət həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən yanıq şöbəsinə yerləşdirilmək üçün bakıya gətiriliblər.

Fövqəladə Hallar Nazirliyi dəbaş verən yanğınla bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 168 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı Suriya vətəndaşının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Xəbər lenti

Çox oxunanlar