Xəzər Xəbər

Zavod havaya qara tüstü buraxır VİDEO

Veb TV | 20:52 • 27 Sentyabr 2018
Zavod havaya qara tüstü buraxır

Lənkəranda asfalt zavodundan ətrafa yayılan tüstü sakinlərin gününü sözün hər iki mənasında qara edib.Ərazidə yaşayan vətəndaşlar bununla bağlıaidiyyatı qurumlara müraciət ediblər. Məsələyə zavod rəhbərliyi də münasibət bildirib.

Lənkəranın Gərmətük kəndinin sakinləri kəndin ərazisində fəaliyyət göstərən asfalt emalı zavodundan çıxan qara tüstüyə görə narahatdırlar..

Sakinlər deyirlər ki, zavodun tüstü borsundan çıxan qurum gecə boyu yaxınlıqdakı evlərin içərsinə yayılır. Bu hal səhər saatlarına qədər davam edir.

Regional ekologiya və təbii sərvətlər idarəsindən bildirildi ki, problem ilə bağlı idarəyə də məlumat verilib.

Asfalt zavodunun rəhbərliyindən də "XəzərXəbər”əbildirildi ki, borudakı filter xarab olduğundan tüstü ətrafa daha çox yayılır. Ötən gündən etibarən zavod öz fəaliyyətini dayandırıb. Boruda olan hava filteri təzəsi ilə əvəzləndikdən sonra zavod öz fəaliyətini bərpa edəcək.

Xəbər lenti