Xəzər Xəbər

Külli miqdarda heroin dövriyyədən çıxarılıb - VİDEO

Veb TV | 20:34 • 21 Sentyabr 2018
Külli miqdarda heroin dövriyyədən çıxarılıb -

Yardımlıda külli miqdarda heroin aşkarlanaraq dövriyyədən çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, Yardımlı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı-Ərus-Astanlı yolunun 7-ci kilometrliyində, yolun sağında yerləşən dərədən naməlum şəxs tərəfindən qoyulmuş 1 ədəd qara rəngli sellofan torba aşkarlanıb. Baxış zamanı torbada 1 kiloqram 600 qram çəkidə heroin olduğu ortaya çıxıb.

Saxlanılan Rəşad Əzizov narkotik vasitəni İran vətəndaşından aldığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Rəşad Əzizov barəsində Yardımlı rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti