Xəzər Xəbər

Keçid nişanları var, amma işıqlandırma sistemi işləmir VİDEO

Veb TV | 20:51 • 22 Sentyabr 2018
Keçid nişanları var, amma işıqlandırma sistemi işləmir

Tovuzda piyadaların təhlükəsiz keçidi üçün nəzərdətutulan yol nişanları işləmir. Bu da yollarda bədbəxt hadisələrin baş verməsinə və sürücülərin cərimələnməsinə səbəb olur. Yollardakıpiyada zolaqları da rənglənməyib, bəziləri isə ümumiyyətlə görünmür.

Keçid nişanları var, amma işıqlandırma sistemi işləmir. Yolu keçən piyadalar təhlükə ilə üz-üzə qalır..

Tovuzda istər gündüz, istərsə də gecə saatlarında yolu keçmək istəyən piyadalar çətinliklə izləşirlər. Buna səbəb günəş enerjisi ilə işləyən yol nişanlarının işləməməsidir... Yollardakı piyada zolaqları da rənglənməyib, bəziləri isə ümumiyyətlə görünmür.

Bu yollarda sürət həddini tənzimləyən nişanlar olsa da, sürücülər bunlara məhəl qoymurlar. Bu da baş verə biləcək xoşagəlməz hadisələri qaçılmaz edir. Sürücülər isə problemin kökünü yol nişanlarının düzgün işləməməsində görürlər.

Rayonda günəş enerjisi ilə işləyən 10-dan çox lövhənin yalnız ikisi işlək vəziyyətdədir. Yol nişanlarına nəzarət edən siqnal idarəsinin Tovuz rayon şöbəsinin rəisi Niyazi Məmmədov "Xəzər Xəbər”ə bildirdi ki, sözügedən lövhələrin platası xarab olduğu üçün onları təmir etmək mümkün deyil. Gərək nişanın özü yenilənə. Lövhənin üzərindəki köhnəlmiş "Piyada keçidi" yazısınınisə dəyişdiriləcəyi bildirildi.

Xəbər lenti

Çox oxunanlar