Xəzər Xəbər

Rusiya Rumıniyanın hava sərhədini pozdu Qara dənizdə gərginlik PİK HƏDDƏ - VİDEO

Veb TV | 15:02 • 27 Avqust 2018
Rusiya Rumıniyanın hava sərhədini pozdu

İngiltərə Krallığının Hava Qüvvələrinə məxsus "Avrofayter Tipon” tipli döyüş təyyarələri bu gün Qara dəniz üzərində iki Rusiya təyyarəsi ilə birgə uçub.

Verilən açıqlamada ingilis təyyarələrinin Rusiya Kosmos-Aviasiya Qüvvələrinə aid Be-12 dəniz patrul təyyarəsi və An-26 nəqliyyat təyyarəsinin yaxınlaşması səbəbilə Rumıniyadakı hava bazasından uçuşa keçdiyi bildirilib.

Açıqlamada, həmçinin, "bu, NATO-nun hava patrulu missiyası çərçivəsində İngiltərə Hava Qüvvələrinə aid döyüş təyyarələrinin Rusiya təyyarələrinin təhrikedici hərəkətlərinin qarşısını almaq və Rumıniya ilə NATO-dakı müttəfiqlərini dəstəkləmək üçün bir həftə ərzində gerçəkləşdirdikləri üçüncü təlimidir” ifadələri qeyd edilib.

İngiltərə təyyarələrinin pilotlarından biri isə iki rus təyyarəsinin Rumıniyanın hava sahəsinə daxil olduğunu deyib. Pilot yaxınlaşmanın təhlükəsiz və professional şəkildə baş verdiyini bildirib.

Qeyd edək ki, ötən gün İngiltərənin Müdafiə Nazirliyi ingilis qırıcılarının Qara dəniz üzərində rus təyyarəsi ilə birgə uçduğunu bildirmişdi. Bu açıqlamadan sonra Rusiyanın İngiltərədəki səfirliyi bu uçuşun təxribat xarakterli olduğunu açıqlamışdı. Rusiya Müdafiə Nazirliyi isə Qara Dəniz bazasına aid təyyarələrinin beynəlxalq hava sərhədləri qaydalarına uyğun şəkildə hərəkət etdiklərini bildirmişdi./publika.az

Xəbər lenti