Xəzər Xəbər

Neqredo "Beşiktaş"a həyat verdi VİDEO

Veb TV | 10:46 • 17 Avqust 2018
Neqredo "Beşiktaş"a həyat verdi

Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.

İlk oyunda evində Avstriyanın LASK klubuna qalib gələn "Beşiktaş" Avstriyada cavabmatçına çıxıb. Meydan sahibləri oyunda 2:0 hesabı ilə önə keçsələr də, İstanbul təmsilçisinin hücumçusu Alvaro Neqredo 90-cı dəqiqədə komandasını pley-offa yüksəldən qola imza atıb.

"Beşiktaş" Avropa Liqasının pley-off mərhələsində "Partizan"la qarşılaşacaq.

LASK 2 - 1 "Beşiktaş"

Qollar: Joao Viktor, 42, Dominik Freyzer, 68 - Alvaro Neqredo, 90

Xəbər lenti

Çox oxunanlar