Xəzər Xəbər

Ata qızını öldürüb pilisə təslim oldu - Bakıda dəhşətli qətl - VİDEO

Veb TV | 20:10 • 24 İyul 2018
Ata qızını öldürüb pilisə təslim oldu - Bakıda dəhşətli qətl -

Bakıda ata qızını küçədə bıçaqlayaraq qətlə yetirib.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət gecə paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində, hündürmərtəbəli yaşayış binasının həyətində baş verib.

Masallı rayon Boradigah kənd sakini, 57 yaşlı İlqar Qurbanov rayondan gələrək qızı 27 yaşlı Aysel Məmmədli ilə görüşüb.

Məlumata görə, ata ilə qızı arasında mübahisə qısqanclıq zəminində olub. Buna görə də İlqar Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. Aysel Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib.

Ərazidən uzaqlaşmayan İlqar Qurbanov həmin ünvana gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarına bildirib ki, yaşadığı Masallı rayonunda qızı ilə bağlı xoş olmayan xəbərlər alıb. Buna görə də o, Aysel Məmmədlini qətlə yetirmək üçün paytaxta gəlib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti