Xəzər Xəbər

Sumqayıtın ən iri ticarət obyektlərindən biri yanıb - VİDEO

Veb TV | 19:38 • 22 İyul 2018
Sumqayıtın ən iri ticarət obyektlərindən biri yanıb -

Sumqayıtın ən iri ticarət obyektlərindən biri yanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün 14-cü məhəllədə yerləşən marketdə baş verib. Binanın ikinci mərtəbəsindən başlayan yanğın havanın küləkli olması səbəbindən qısa müddətdə daha geniş əraziyə yayılıb və dam örtüyünə keçib.

Təhlükəsizlik məqsədi ilə ətrafda olan yaşayış binalarına elektrik enerjinin verilişi dayandırılıb və hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürənlərin işində çətinlik yaratsa da, bir müddətdən sonra yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin məlumata əsasən, yanğın nəticəsində üçmərtəbəli binanın dam örtüyü və 3-cü mərtəbədəki 640 kvadratmetr sahə yanıb.

Hadisə yerinə Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri də gəliblər. Yanğının başvermə səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar