Xəzər Xəbər

Lobya kəskin bahalaşıb - Səbəb nədir? - VİDEO

Veb TV | 20:05 • 22 İyul 2018
Lobya kəskin bahalaşıb -

Dənli bitki olan lobyanın qiyməti bahalaşıb.

Xezerxeber.az-ın məlumatına görə, hazırda bazarlarda bu məhsul həm azdır, həm də baha qiymətə satılır.

Məsələn, Tovuz bazarında ötən il 1 kiloqramı 50-70 qəpik arasında satılan lobya hazırda 2 manata alıcılara təklif olunur.

Ötən il satıcıların piştaxtasında kisələrlə lobya görmək olurdusa, bu il ən çoxu 5-6 kiloqram olur. Məhsulun qiymətinin baha olmasını elə alıcılar da təsdiq edir.

Paytaxt bazarlarında da lobyanın qiymətində bahalaşma hiss olunur. Satıcıların sözlərinə görə, hazırda lobyanın 1kiloqramı 2 manat 50 qəpiyə satılır.

Satıcılar lobyanın qiymətinin artmasına səbəb kimi isə bölgələrdə təsərrüfatlarda su qıtlığının yarnmasını və havaların isti keçməsini göstərirlər.

Satıcıların sözlərinə görə, məhsulun qiymətində yaxın günlərdə dəyişiklik gözlənilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar