Xəzər Xəbər

Məşhur ticarət MƏRKƏZİNDƏ YANĞIN: 2 nəfər xəsarət aldı - VİDEO

Veb TV | 17:16 • 15 İyul 2018
Məşhur ticarət MƏRKƏZİNDƏ YANĞIN:

Abşeron rayonu, Xırdalan şəhərində ticarət mərkəzinin ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.

XəzərXəbər-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

Abşeron rayonunda ticarət mərkəzində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən bildirilib ki, yanğın rayon ərazisindəki "Riyad" Ticarət Mərkəzindəki mebel dükanının anbarında başlanıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb.

Xəbər lenti

Çox oxunanlar