Xəzər Xəbər

Azərbaycan polisi haqqında marş - VİDEO

Veb TV | 11:01 • 2 İyul 2018
Azərbaycan polisi haqqında marş -

Azərbaycan polisinin 100 illiyi ərəfəsində ölkə polisi haqqında yeni marş yazılıb.


BakuPost-un xəbərinə görə, sözləri Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşı, polis kapitanı Elşad Hacıyevə aid olan marşın bəstəkarı Aydan Əliyevadır. Aranjemanı BŞBPİ-nin əməkdaşı, polis mayoru Xəyal Məmmədov edib. Marşı Dövlət Musiqili Komediya Teatrının solisti Səməd Xasıyev ifa edib.


Qeyd edək ki, bu gün Azərbaycan polisinin 100 illik yubileyidir.


Marşın sözləri belədir:


Şanlı tarix keçibdir,


Hər anında Vətən var,


Hər sözündə Vətən var,


Vətəndaşı, insanı


Qoruyandı, qoruyan,


Azərbaycan Polisi!!!


***


Vəzifəsi müqəddəs,


Sədaqəti əbədi,


Azərbaycan polisi!


Vicdanla qorumağa,


And içibdir Vətəni


Azərbaycan polisi!


***


Gecə-gündüz demədən,


Asayiş keşiyində,


Ayıq-sayıq dayanıb,


İnsandır əmanəti,


Xalqına xidmət edir -


Azərbaycan polisi!


***


NƏQARƏT


Vətən yolu – haqq yolu,


Haqq yolundan dönməyən,


Lazımsa, cannan keçər,


Azərbaycan polisi!


Vətən yolu – haqq yolu,


Haqq yolundan dönməyən,


Lazımsa, cannan keçər,


Azərbaycan polisi!


Azərbaycan polisi!


Xəbər lenti

Çox oxunanlar