Xəzər Xəbər

Sürücülük vəsiqəsi olmayan sürücü: Əcəb edirəm, adam öldürməmişəm ki - VİDEO

Veb TV | 20:52 • 22 İyun 2018
Sürücülük vəsiqəsi olmayan sürücü:

"Əcəb edirəm, adam öldürməmişəm ki". Bu sözləri sürücülük hüququ olmadan avtomobil idarə edən sürücü deyib. Yol polisi əməkdaşlarının Ağsuda keçirdiyi reyddə başqa maraqlı anlar da yaşanıb.

Avtomobilə quraşdırdığı avadanlığın qanunsuz olduğunu bilsə də, özünü təqsirli saymır.

Digəri sürücülük hüququ olmadan avtomobil idarə etməyinə belə haqq qazandırır.

Kimisi də çıxış yolunu çəkiliş qrupuna hücum etməkdə görür.

Görüntülər Yol Polisi əməkdaşlarının Ağsuda keçirdiyi reyddəndir. Reyd zamanı 40 yaxın sürücü barəsində inzibati protokol tərtib olunub, 7 nəqliyyat vasitəsi müvəqqəti dayanacağa aparılıb.

Sürücülük vəsiqəsinin müddəti 2 il əvəl bitən bu sürücü nəqliyyat vasitəsini də 7 ildir ki, texniki baxışdan keçirmir. Səbəbini soruşduqda isə cavabı çəkiliş qrupuna hücum etmək oldu.

Reydlər davam etdiriləcək.

Xəbər lenti