Xəzər Xəbər

Novruz Məmmədov: "Azərbaycan həmişə Avropa ilə münasibətlərə loyal yanaşıb, amma..." - VİDEO

Veb TV | 20:54 • 22 İyun 2018
Novruz Məmmədov:

"Azərbaycana münasibətdə ədalətli mövqe görünmür. Dəstək olsa da, ancaq bu, yetərli deyil". Bunu baş nazir Novruz Məmmədov deyib. O, əlavə edib ki, bəzənkiçik bir hadisə ilə bağlı avropa mətbuatında uzun müddət yazılar gedir, ancaq qərb mətbuatında 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı bir fundamental yazı görmək olmur.

Azərbaycan Avrasiya miqyasında enerji sahəsində ən böyük layihələr həyata keçirir. TANAP və TAP layihələri uğurla icra olunur. Baş nazir Novruz Məmmədov bildirib ki, ölkəmizə daha böyük dəstəyin göstəriləcəyini gözləmək olardı. Amma bəzən böyük məqsədlər kiçik hisslərə qurban verilir.

Novruz Məmmədovun sözlərinə görə, bəzən Azərbayacana qarşı kiçik bir hadisə ilə bağlı qərb mətbuatında aylarla mövqe bildilir. Amma Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkünü ilə bağlı heç bir beynəlxalq platforma və ya mətbuatda 25 il ərzində fundamental bir mövqe görmək olmayıb. Baş nazirqeyd edib ki, Azərbaycan dünyanın ən mürəkkəb və ən mühüm coğrafiyasında yerləşir. Bura Balkanlardan sonra dünyanın ən həssas regionudur. Azərbaycan isə gənc bir dövlət kimi bütün tərəflərlə anlaşma şəraitində münasibətlərini davam etdirir.

Novruz Məmmədov əlavə edib ki, böyük dövlətlər geosiyasi maraqları əsas götürür. Azərbaycan da istəyir ki, böyük dövlətlərin ədalətli mövqeyini hiss edərək öz yolunda irəliləsin.

Xəbər lenti