Xəzər Xəbər

Nazir xarici borcun artmasının səbəblərini açıqladı VİDEO

Veb TV | 20:55 • 22 İyun 2018
Nazir xarici borcun artmasının səbəblərini açıqladı

Cari ildə büdcə daxilolmalarının artması 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılmasını zəruri edib. Bununla bağlı Milli Məclisin iqtisadi siyasət,sənayevə sahibkarlıq komitəsinin iclasında müzakirələr keçirilib. Müzakirələrdə maliyyə naziri Samir Şərifov da iştirak edib.

2018-ci il dövlət büdcəsinə yenidən baxılması üçün Milli Məclisdə müzakirələr keçirilib. Milli Məclisin iqtisadi siyasət,sənayevə sahibkarlıq komitəsinin iclasında Maliyyə Naziri Samir Şərifov da iştirak edib. Nazir bildirib ki, dövlət və icmal büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib. Nazir xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza nisbətən 10 ABŞ dolları artırılacağını deyib.

Nazirinsözlərinə görə, dünya bazarında neftin qiymətinin artması vergilər nazirliyinin xətti ilə xarici neft şirkətlərinin mənfəətindən əhəmiyyətli dərəcədə büdcə daxilolmalarının artmasına gətirib çıxaracaq.

Nazir qeyd edib ki, yenidən baxılma ilə bu ilin dövlət büdcəsində xərclərin 2 mlrd. 14 mln. manat artırılaraq 23 mlrd. 61 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da, ötən ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat çoxdur.

Maliyyə naziri xarici borcun artmasının 3 əsas səbəbini də açıqlayıb. Bildirib ki, bunlar devalvasiya ilə bağlı xarici borcun Ümumi Daxili Məhsula nisbətin artması, maliyyə-bank sisteminin sağlamlaşdırılması üçün görülən tədbirlər və "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı verilən dövlət zəmanətidir.

Xəbər lenti