Xəzər Xəbər

Güclü külək və leysan rayonlarda ciddi fəsadlar törədib - VİDEO

Veb TV | 20:09 • 18 İyun 2018
Güclü külək və leysan rayonlarda ciddi fəsadlar törədib -

İyunun 17-də, gecə güclü küləklə müşayiət olunan leysan yağışları İsmayıllı və Qəbələ rayonlarında təsərrüfat sahələrinə ciddi ziyan vurub.

Xezerxeber.az-ın məlumatına görə, Qəbələdə yağan yağış və əsən külək fərdi təsərrüfatlarda fəsadlar törədib, agaclar aşıb, bəzi tikililərin dam örtüklərinə ciddi ziyan dəyib. Sahələrdə arpa və buğda yagış səbəbindən tamamilə yerə yatıb. Bir neçə kəndə elektrik verilişi dayanıb. Hadisə ilə əlaqədar hazırda araşdırmalar aparılır, iidiyati qrumlar tərəfindən su ötürücüləri, elektrik xətləri telefon şəbəkələri təmir edilir.

Qasırğaya oxşar şiddətli külək İsmayıllının Çəmənli, Qalınçaq, Diyalli və Cülyan kəndlərində bir neçə yaşayış evinin, sosial obyektin, tövlənin və yardımçı tikilinin dam örtüyünü dağıdıb. Leysan nəticəsində 20-dan çox ev su ilə dolub, insanların mebel və məişət əşyaları, yataq dəstləri su altında qalıb.

Rayonun Cülyan kənd sakini Anar Feyzullayevə məxsus minik avtomobilinin üzərinə ağac aşıb. Yağışdan sonra əmələ gələn sel suları rayonun Tircan və Maçaxı kəndlərinin avtomobil yolunu dağıdıb.

Elektrik dirəkləri aşıb, naqillər qırılıb, İsmayıllının 66 kəndinə elektrik enerjisinin nəqli dayanıb.

Bundan əlavə, küləyin təsiri nəticəsində ağaclar aşıb, su xətti qırılıb, 20 kəndə içməli suyun verilməsi dayanıb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.

Qərb bölgəsində-Şəmkir, Gədəbəy, Tovuz və Qax rayonlarına isə dolu yagıb.

Dolu Gədəbəyin bir neçə kəndində təsərrüfatlara, daha çox isə meyvə agaclarına ziyan vurub.

Dolu yağışı Tovuzda 1 saata yaxın davam edib. Insanlar xəsarət almaması üçün örtülü yerlərə giriblər. Bu rayonda da meyvə bağları və əkin sahələri ziyan dəyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti