Xəzər Xəbər

Fermaları qarət edən və maşın qaçıranlar yaxalandı - VİDEO

Veb TV | 20:06 • 18 İyun 2018
Fermaları qarət edən və maşın qaçıranlar yaxalandı -

Abşeron rayonu ərazisindəki fermalar qarət edilib.

Xezerxeber.az-ın məlumatına görə, heyvanlarını yaylağa aparan bir neçə fermer rayon polis idarəsinə məlumat veriblər ki, fermaları sökülərək xeyli dəmir oğurlanıb.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis çox çəkməyib ki, Biləsuvar rayon sakini Qədir Məlikovu saxlayıb. Qədir Məlikov ifadəsində bildirb ki, fermadan sökərək oğurladığı dəmirləri özünə məxsus ''Qazel'' markalı avtomobillə paytaxtın Nərimanov rayonunda metal qəbulu məntəqəsinə 300 manata satıb.

Polis Qadir Məlikovu saxlayarkən onun avtomobilindən də xeyli sayda oğurluq dəmir qapı və xeyli boru aşkar edib. Hazırda onun başqa cinayətlərinin olub-olmaması araşdırılır.

Rayon polis idarəsinin əməliyyatçıları bundan başqa Xırdalan şəhərində avtomobil qaçıran şəxsi də tutub. Belə ki, Elşən Səfərov ''102 Zəng Xidməti''nə məlumat verib ki, özünə məxsus minik avtomobili küçədən oğurlanıb. Əməliyyata başlayan polis həmin maşını saz vəziyyətdə paytaxtın Yasamal rayonu ərazisində aşkar edib. Çox çəkməyib ki, maşını qaçıran əvvəllər məhkum edilmiş Təbriz Əhmədzadə də saxlanılıb. Dindirmə zaman o, əməlini etiraf edib.

Faktla bağlı cinayət iş başlanıb, istintaq davam edir. Qeyd edək ki, Təbriz Əhmədzadə əvvəlki cinayəti də məhz avtomobil qaçırma olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti