Xəzər Xəbər

Qazaxıstanda qatar qəzası - 1 nəfər ölüb, 3 nəfər yaralanıb - VİDEO

Veb TV | 14:13 • 17 İyun 2018
Qazaxıstanda qatar qəzası - 1 nəfər ölüb, 3 nəfər yaralanıb -

Bu gün Qazaxıstanın Cambıl vilayətində sərnişin qatarının vaqonları relsdən çıxıb.

 

Xezerxeber.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə hallar üzrə komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov bildirib ki, vaqonların relsdən çıxması nəticəsində 1 yeniyetmə həyatını itirib, 3 nəfər xəsarət alıb.

 

Sosial şəbəkələrdə yerləşdirilən videogörüntüdə sərnişinlərin vaqonların sınmış pəncərələrindən çıxdıqları görünür.


Xəbər lenti

Çox oxunanlar