Xəzər Xəbər

Sumqayıtda 23 evdən oğurluq edənlər tutuldu VİDEO

Veb TV | 20:43 • 12 İyun 2018
Sumqayıtda 23 evdən oğurluq edənlər tutuldu

Sumqayıtda bağ evlərinə qənim kəsilən şəxslər tutulub. İki dost əlbir olub üç qəsəbədə 23 bağ evindən müxtəlif növ məişət əşyaları oğurlayaraq dəyərindən ucuz qiymətə satıblar.

Üç qəsəbə ərazisində yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıb.

Hadisə Sumqayıtda baş verib. Şəhərin Novxanı, Corat və Qurd Dərəsi bağlar massivində yaşayan sakinlər mənzillərinin qarət edilməsi barədə polisə məlumat veriblər. Əməliyyatçılar çox çəkməyib ki, silsilə oğurluqlar edərək insanlara külli miqqdarda ziyan vuran şəhər sakinləri - Rüfət Abasəliyev və Tasim Dadaşovu saxlayıblar.

İlkin ifadələri zamanı dəstə üzvləri Sumqayıt şəhəri və ətraf ərazilərdə yerləşən 23 bağ evindən kondisionerlər, noutbuklar, elektrik naqilləri, metaldan hazırlanan müxtəlif növ məişət əşyaları, habelə təmir-tikinti alətləri oğurladıqlarını bildiriblər. Qeyd edək ki, dəstə üzvləri əsasən mütəmadi yaşayış olmayan evlərdən oğurluq ediblər.

Saxlanılan şəxslər oğurladıqları məişət əşyalarını müxtəlif metal qəbulu məntəqələrinə dəyərindən ucuz qiymətə satıblar. Həmin metal qəbulu məntəqələrinin də sahibləri müəyyən ediliblər. Onların obyektlərinə baxış zamanı oğurlanan əşyaların bir qismi aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

Xəbər lenti

Çox oxunanlar