Xəzər Xəbər

İrəvanda II Qareginə qarşı yeni etiraz aksiyası keçirildi

Veb TV | 10:11 • 12 İyun 2018
İrəvanda II Qareginə qarşı yeni etiraz aksiyası keçirildi

İyunun 11-də Yerevanda bütün ermənilərin katolikosu II Qareginə qarşı növbəti etiraz aksiyası keçirilib. Virtualaz.org "Sputnik”ə istinadən xəbər verir ki, etirazçılar onun dini rütbədən məhrum edilməsi tələbini qoyublar.

Mənbəyə əsasən, Ermənistanın baş dini şəxsinin mənəvi simasından narazı insanlar ilk dəfə iyunun 7-də küçələrə çıxıblar. Katolikosun narazılarla görüşü hələlik heç bir nəticə verməyib.

Bazar ertəsi günü keçirilmiş aksiyanın iştirakçılarının əsas şüarı "Müqəddəs Katolikos, Ermənistana yeni dini lider lazımdır” olub.

Xəbər lenti