Xəzər Xəbər

Yərmuk belə azad olundu: Əməliyyatdan görüntülər - VİDEO

Veb TV | 12:03 • 23 May 2018
Yərmuk belə azad olundu:

Suriyada Yərmuk düşərgəsinin azad olması, bununla da terrorçuların Dəməşq yaxınlığında son dayaq məntəqələrini əldən verdikləri barədə məlumat vermişdik.

«Russkaya Vesna» şəhərin tam azad olunmasının videokadrlarını yayıb. Həmin kadrları təqdim edirik.

Xatırladaq ki, Suriya ordusu və fələstinli könüllülərdən ibarət bölmələr bir neçə həftədir ki, Dəməşq ətrafını terrorçulardan təmizləmə əməliyyatında iştirak ediblər. Terrorçular sərt müqavimət göstərsə də, sonunda təslim olublar. «Russkaya Vesna»nın məlumatına görə, bu qələbəyə səbəb yaylım atəşli «Golan» sistemlərinin istifadəsi olub. Bu silahlar terrorçuların dayaq məntəqələrini məhv etməyə və çoxsaylı terrorçuları zərərsizləşdirməyə kömək edib./faktxəbər


Xəbər lenti