Xəzər Xəbər

“Real”dan növbəti DARMADAĞIN - VİDEO

Veb TV | 11:34 • 13 May 2018
“Real”dan növbəti

Madridin "Real” klubu futbol üzrə İspaniya çempionatının 37-ci turunda "Selta Viqo”nu böyük hesabla məğlub edib.

Şənbə günü Madriddə keçirilən qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları rəqib qapısından Qaret Beyl (13-cü və 30-cu dəqiqələr), İsko (32-ci dəqiqə), Əşrəf Hakimi (52-ci dəqiqə), Serxi Qomes (74-cü dəqiqə, penalti) və Toni Kross (81-ci dəqiqə) keçiriblər.

Beləliklə, çempionatın sonuna bir tur qalmış 75 xal toplayan "Real” turnir cədvəlində üçüncü yeri təmin edib. "Barselona” 90 xalla birinci (36 oyun), Madridin "Atletiko” komandası isə 78 xalla ikinci yerdədir.

Xəbər lenti

Çox oxunanlar