Xəzər Xəbər

Bu ərazidə yol nişanının olmaması sürücülər üçün problemə çevrilib - VİDEO

Veb TV | 20:08 • 12 May 2018
Bu ərazidə yol nişanının olmaması sürücülər üçün problemə çevrilib -

Bakıda bir yol nişanının olmaması səbəbindən sürücülər həm qəza şəraiti ilə üz-üzə qalır, həm də getdikləri yolu geri qayıtmaq məcburiyyətində olurlar.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtda, metronun "Əhmədli" stansiyasından "Ukrayna dairəsi" istiqamətindəki yoldan gedir. Bu yolda bir neçə müddətdir ki, təmir işləri aparılır. Yolun giriş hissəsi bağlanmayıb. Səbəb də odur ki, həmin yolun kənarında yaşayan vətəndaşlar buradan istifadə etməklə evlərinə gedə bilsinlər. Sürücülər yola daxil olub, "Ukrayna dairəsi" istiqamətinə getdikdə isə sonda yolun bağlı olduğunu görüb, geri qayıtmaq məcburiyyətində qalırlar.

"Ukrayna dairəsi" istiqamtinə gedən avtomobillər geri qayıtdıqda bu yola daxil olan maşınlarla qarşı-qarşıya gəlirlər və qəza şəraiti yaranır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, yolun giriş hissəsində 5.19.1 dalan nişanı qoyulmalıdır ki, sürücülər bu nişanı gördükdə yolun sonunun bağlı olduğunu əvvəlcədən bilsinlər. Avtomobil yolları Dövlət Agentliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, əməkdaşlar həmin yola baxış keçirəcəklər və problem aradan qaldırlılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar