Xəzər Xəbər

Ata iki oğlu ilə birlikdə cinayət törətdi - VİDEO

Veb TV | 20:01 • 12 May 2018
Ata iki oğlu ilə birlikdə cinayət törətdi -

Ata oğulları ilə birləşərək oğurluq ediblər.

Xezerxeber.az-ın məlumatına görə, onlar Yevlaxdan Ucara qədər bir neçə stansiyada quraşdırlan işıqforların drosser transfratorlarının mis hissələrini kəsib götürüblər.

Əldə edilən əşyaları isə özlərinə məxsus avtomobillə Ucar rayonunda satmağa nail olsalar da, növbəti qarət zamanı polisdən yayına bilməyiblər. Yevlax xətt polisinin keçirdiyi əməliyyat zamanı Ucar sakini Etibar Hüseynov ələ keçib, amma 2 oğlu hadisə yerindən qaçıb.

Saxlanılan 48 yaşlı Etibar Hüseynov əməlini etiraf edərək əldə etdikləri mis naqillərin bir qismini satdığını bildirib.

Onlar ümumilikdə dəmiryol infrastrukturna 26 min manat ziyan vurublar.

Faktla bağlı araşdırma aparılır. Oğurluğu törədən daha iki nəfərin axtarışları isə davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar