Xəzər Xəbər

Özünü dayanan maşına çırpdı VİDEO

Veb TV | 15:39 • 10 May 2018
Özünü dayanan maşına çırpdı

Yaşamın çətin olduğu bu dönmədə insanlar müxtəlif yollarla pul qazanmağa çalışırlar. Bəziləri isə həyat şəraitini yüngülləşdimək üçün dələduzluğa da əl atırlar və bunun üçün yaşlarından, cinsiyyətlərindən utanmırlar.

XəzərXəbər LiveLeak-a istinadla təqdim etdiyi kadrlarda da belə hadisələrdən biri əks olunub. Kadrlarda görünür ki, qadın dayanmış maşına özünü çırpır. Hadisə Honkonqda baş verib.

Sürücünün sözlərinə görə, əlində çamadan sürüyən qadını görəndə o, avtomobilini piyada keçidində saxlayıb. Qadının onun maşınına tərəf qaçdığını gördükdə isə siqnal verib. Lakin buna baxmayaraq yaşlı qadın özünü maşına çırpıb.

Hadisə yerinə polis cəlb olunub. Lakin avtomobilin registrində qeyd olunan kadrlara baxdıqdan sonra da hüquqmühafizəçi heç bir tədbir görməyib./faktxəbər

Xəbər lenti