Xəzər Xəbər

İnternat məktəbinin sakinlərinə toy edildi, ev hədiyyə olundu - VİDEO

Veb TV | 12:56 • 10 May 2018
İnternat məktəbinin sakinlərinə toy edildi, ev hədiyyə olundu -

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Təhsil Nazirliyinin 8 nömrəli sanatoriya tipli internat məktəbinin sakinləri üçün toy şənliyi keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, ulu öndər Heydər Əliyevin anadan olmasinin 95-ci ildönümü ərəfəsində təşkil olunan iki gəncin izdivacına YAP-ın üzvləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və digər rəsmi şəxslər şahidlik ediblər. Qonaqların iştirakı ilə Fikrət Həsənovla Aytac Səfərovanın nikahı rəsmiləşdirilib.

Mərasimdə Baş nazirin müavini, YAP-ın səədr müavini-icra katibi Əli Əhmədov çıxış edərək gənclərə xeyir-dua verib, onlara gələcək həyatlarında uğurlar arzulayib. Bu toy şənliyini cəmiyyətimizin birliyinin təzahürü adlandiran baş nazirin müavini gənclərə nümunəvi ailələrdən olmağı arzulayıb.

Sonda Əli Əhmədov gənc ailəyə yeni mənzilin açarını təqdim edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti