Xəzər Xəbər

Rayon qeydiyyatlı avtomobillər Bakıya buraxılmır - VİDEO

Veb TV | 20:14 • 25 Aprel 2018
Rayon qeydiyyatlı avtomobillər Bakıya buraxılmır -

Yol polisləri avtomobillərin dövlət nömrə nişanlarına baxaraq şəhərə buraxırlar.

Xezerxeber.az-ın məlumatına görə, 10, 90 və 99 rəqəmləri ilə başlamayan dövlət nömrə nişanlı avtomobillərin sürücülərinə maşınlarını yaxınlıqdakı ödənişsiz dayanacaqda saxlamaları tövsiyə edilərək geri qaytarılır.

Görüntülər səhər saatlarında paytaxtın Şimal girişində, Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində lentə alınıb. Sözügedən ərazidə yol polis postu qurularaq rayon qeydiyyatlı avtomobillərin girişinə məhdudiyyət qoyulub. Məqsəd növbəti ''Formula 1 Azərbaycan Qran Prisi'' yarışı ilə əlaqədar paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısını almaqdır. Eyni post cənub girişində ''Lökbatan'' dairəsi yaxınlığında da fəaliyyət göstərir.

Amma rayonlardan, o cümlədən Sumqayıtdan gələn sərnişindaşıma ilə məşğul olan avtobusların Beynəlxalq Avtovağzala qədər girişinə icazə verilir. Ancaq bu, o anlama gəlmir ki, rayon qeydiyyatlı avtomobillə gələn şəxslər şəhərə girə bilməyəcəklər. Həmin şəxslərə avtomobili xüsusi mühafizə olunan dayanacaqda saxlamaq təklif edilir.

Lakin bəzi sürücülər bu məhdudiyyətlərdən hələ də xəbərsizdirlər.

Yol polisi rayonlardan gələn şəxslərə ayın sonuna qədər avtobus və qatarlardan istifadə etməyi tövsiyə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti