Xəzər Xəbər

Sumqayıtın ən ağrılı problemi öz həllini tapır VİDEO

Veb TV | 20:52 • 21 Mart 2018
Sumqayıtın ən ağrılı problemi öz həllini tapır

Sumqayıtda şəhərinin əsas problemlərindən biri həll olunur. Söhbət Acı dərə kanalından gedir. Layihə əsasında hazırda "Acı dərə" kanalı qapalı sistemə keçirilməklə yeni məcraya salınır.

Sumqayıtın ən ağrılı problemi öz həllini tapır. "Acı dərə "kanalı qapalı sistemə salınır.

Uzunlugu 29 kilometr olan kanal Ceyranbatan qəsəbəsindən başlamaqla "Yaşıldərə" massivi Saray qəsəbəsinin bir hissəsindən və Sumqayıt şəhərinin bir necə mikrarayon və məhəllələrindən keçir. Yeni layihəyə əsasən "Acı dərə" kanalının şəhərin içərisindən keçən hissəsini ləğv edilib qapalı sistemə salınır. Belə ki, uzunluğu 1,8 kilometr, diametri 2 min millimeter olan beton kanalizasiya sistemi inşa edilir. Kanalın 1350 metri artıq hazırdır. İş icraçısının sözlərinə görə layihənin vaxtında tamamalanması nəzərdə tutulur.

"Acı dərə" kanalına yeraltı və kanalizasiya suyu axıdılır. Kanalın üzəri açıq olduğundan ətrafı dözülməz üfunət iyi bürüyürdü. Bu ətraf mühitin məhv olması ilə yanaşı orada yaşayan 30 mindən çox insanın həyatı üçün təhlükə yaradır. Yağış yağdıqda isə vəziyyət daha acınacaqlı hal alır. Kanalın çirkab suyu, həyətyanı sahələrə və yaşayış evlərinin zirzəmilərinə daxil olmaqla, əlavə çətinliklər yaradırdı.

Dövlət vəsati hesabına görülən işlər başa çatdıqdan sonra 30 minə yaxın sakinin yaşadığı ərazidə kanalizisiya sistemi yaradılacaq. Bu da mövcud problemin birdəfəlik həlli deməkdir.


Xəbər lenti

Çox oxunanlar