Xəzər Xəbər

MSK-da püşk atıldı Namizədlərin pulsuz efir vaxtı - VİDEO

Veb TV | 20:54 • 19 Mart 2018
MSK-da püşk atıldı

Bu gün MSK-da daha üç prezidentliyə namizədə vəsiqə təqdim olunub. Bundan başqa MSK-da prezident seçkilərində namizədlər üçün ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədi ilə püşkatma da keçirilib

Bu gün daha üç prezidentliyə namizədə vəsiqə təqdim olunub. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevə namizədlik vəsiqəsini təqdim edib.

Bundan əvvəl Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc və Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadəyə namizədlik vəsiqələri verilib.

Bundan əlavə Prezident seçkilərində namizədlər üçün ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədi ilə püşkatma da keçirilib.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, həftədə 3 saat İctimai Televiziya, 3 saat İctimai Radio olmaqla, ümumilikdə 6 saatlıq ödənişsiz efir vaxtı ayrılacaq. İctimai Televiziya və İctimai Radioda hər dəfə 1 saat olmaqla, həftə ərzində üç dəyirmi masa təşkil ediləcək.

Prezidentliyə namizədlər keçiriləcək dəyirmi masalarda püşkatmadakı ardıcıllıqla çıxış edəcəklər.


Xəbər lenti