Xəzər Xəbər

VİDEO: Təyyarənin iri parçaları aşkarlandı

Veb TV | 14:54 • 16 İyun 2016
VİDEO: Təyyarənin iri parçaları aşkarlandı

Misir hökuməti may ayında Aralıq Dənizində qəzaya uğrayan “EgyptAir” aviakompaniyasına məxsus təyyarənin əsas hissələrinin aşkar olunduğunu bildirib.

Axtarış əməliyyatlarında iştirak edən gəmilərdən biri təyyarənin füzelyajının iri fraqmentlərinin olduğu zonanı müəyyənləşdirib. Hazırda mütəxəssislər təyyarənin fraqmentlərinin yerləşmə xəritəsini hazırlayırlar.

Xatırladaq ki, mayın 19-da Parisdən Qahirəyə uçan təyyarə Aralıq dənizi üzərində radarlardan itib. Bir qədər sonra laynerin dənizə düşdüyü müəyyən edilib. Hadisə zamanı təyyarənin göyərtəsindəki 66 nəfər, o cümlədən heyət üzvləri həlak olub. Qəzanın baş vermə səbəbləri hələ ki, məlum deyil.

Xəbər lenti