Xəzər Xəbər

"Seltik" derbidə "Reyncers"ə qalib gəldi VİDEO

Veb TV | 16:15 • 12 Mart 2018
"Seltik" derbidə "Reyncers"ə qalib gəldi

Şotlandiya çempionatının 30-cuturu Qlazqo derbisi ilə əlamətdar olub.

"Reyncers" "Seltik"i doğma divarlar arasında qəbul edib. Gərgin və maraqlı idman mübarizəsində keçən oyunda azarkeşlər 5qol izləyiblər. Qarşılaşmaya hücumlarla başlayan "Reyncers” futbolçuları 3-cüdəqiqədə Coş Vindassınqolu ilə hesabı açıblar. 11-cidəqiqədə tarazlıq yaranıb. Tom Roqiç status-kvonu bərpa edib.Meydan sahibləri 26-cı dəqiqədə Daniel Kandeyaşın qoluyla yenidənönə keçiblər. 45-ci dəqiqədə qonaqlar yenidən hesabı bərabərləşdiriblər. Mussa Dembeleqapını dəqiq nişan alıb. İkinci hissədə isə cəmi qol qeydə alınıb."Seltik" 69-cu dəqiqədə qələbə qolunu vurub. Odsonn Eduard hədəfdən yayınmayıb və görüşdə son nöqtəniqoyub. Bununla da qonaqlar 3:2 hesablı qələbəyə seviniblər.

Bu qələbədən sonra "Seltik” 67 xalla liderliyini daha da möhkəmlədib. 2-ci yerdə qərarlaşan "Reyncers" əzəli rəqibindən 9 xal geri qalır.

Xəbər lenti