Xəzər Xəbər

9 aylıq hamilə olduğunu təsadüfən öyrəndi VİDEO

Veb TV | 16:28 • 9 Mart 2018
9 aylıq hamilə olduğunu təsadüfən öyrəndi
İngiltərədə yaşayan 21 yaşlı Şarlot Tomsonun başına inanılmaz hadisə gəlib.

Şarlot mədə ağrısı və qanaması ilə xəstəxanaya gedib və 9 aylıq hamilə olduğunu öyrənib.

Həkimlərin belə təəccübünə səbəb olan hadisə haqda Tomson bunları deyib:

"Uşağı qucağıma almayanadək 9 aylıq hamilə olduğuma inanmırdım. Bu müddət ərzində məndə hamiləliyə xas heç bir xüsusiyyət olmayıb. 9 ay ərzində sadəcə 1 kiloqram 300 qram kökəlmişdim, qarnım isə düz idi. Gözlənilmədən ana olmaq qəribədir, amma özümü çox xoşbəxt hiss edirəm"./axşam.az

Xəbər lenti