Xəzər Xəbər

Türkiyə parlamentindən Xocalı soyqırımı Bəyanatı - VİDEO

Veb TV | 20:51 • 25 Fevral 2018
Türkiyə parlamentindən Xocalı soyqırımı

"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlardan qeyd-şərtsiz çıxmalıdır". Bu barədə Türkiyə Böyük Millət Məclisinin Xocalı Soyqrımının 26-cı illiyi ilə bağlı yaydığı bəyanatda bildirilir. Bu bəyanatla Türkiyə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bir daha ortaya qoyub. Türkiyə parlamentinin sədridə faciə ila bağlı açıqlama verib.

Xocalı soyqrımının 26-cı illiyi ilə bağlı Türkiyə Böyük Millət Məclisi Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayıb. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib.

Buunla bağlı Parlamentin Xarici İşlər Komissiyası bəyanat yayıb.

"Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın bu faciəsini qəlbimizdə hiss edirik və Ermənistanın gerçəkləşdirdiyi bu qətliamı, eləcə də Azərbaycan torpaqlarının davam edən işğalını şiddətlə qınayırıq. Xocalı qətliamında həyatlarını itirən azərbaycanlı qardaş və bacılarımızı rəhmətlə anır, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı veririk”.

Türkiyə parlamentinin sədri İsmail Qəhrəmanda Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı açıqlama yayıb.

"Bu qətliam insanlıq tarixində utanc səhifəsi kimi yer alıb. Aradan 26 il ötməsinə baxmayaraq, Xocalı qətliamını törədənlər hələ beynəlxalq məhkəmələr qarşısına çıxarılmayıb. Xocalıqətliamının ağrısını ürəklərimizdə hiss edirik. Vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə anıram. Türkiyə və Azərbaycan kədəri və sevinci ortaq olan iki ayrı dövlətdir. Bu soyqırımı törədənlər məhkum edilənə və Ermənistan dövləti Xocalısoyqırımına görə üzr istəyənə qədər bu ağrı-acımız dinməyəcək. BMT-dən gözləntimiz Xocalı qətliamını törədənlərin cəzalandırılması, Dağlıq Qarabağ və Azərbaycanın digər bölgələrinin işğaldan azad edilməsində aktiv rol oynamasıdır".

Açıqlamada o da vurğulanıb ki, Ermənistan ordusunun işğalı altında olan Xocalıda törədilənlər bəşəriyyət tarixinin ən vəhşi qətliamlarından biridir.

Xəbər lenti