Xəzər Xəbər

Yaxın zamanda böyük əfv olacaq - VİDEO

Veb TV | 20:41 • 23 Fevral 2018
Yaxın zamanda böyük əfv olacaq -

Azərbaycanda heç kəs indiyədək siyasi əqidəsinə görə məhkum edilməyib.

Xezerxeber.az-ın məlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında bu sözlərlə parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edib. Komitə sədri bəzi dairələrin Azərbaycan - Avropa İttifaqı əlaqələrini pozmaq istədiyinə də diqqət çəkib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dövlət başçısının ötən il cəzaların humanistləşdirilməsi ilə bağlı sərəncamın icrasının uğurla davam etdirildiyinə diqqət çəkib. Onun sözlərinə görə, artıq böyük sayda məhkum bu sərəncamın icrasından faydalanıb.

Millət vəkili Əli Məsimli isə "Yeyinti məhsulları haqqında" qanunda dəyişikliklər edilməsi lə bağlı aparılan müzakirələrdə minimum keyfiyyət göstərici ifadəsinin yerinə maksimum keyfiyyət göstəricisinin qoyulmasını təklif edib.

Müzakirələrdə Milli Məclisin sədri Oqtay Əsədov yaxın zamanda böyük əfv olacağını da diqqətə çatdırıb. Bundan başqa parlament Azərbaycanla Türkiyə arasında olan müdafiə sənayesi sahəsindəki sazişi də təsdiq edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar