Xəzər Xəbər

Bakıda bədbəxt hadisə - uşağın qarnına mil batıb - VİDEO

Veb TV | 20:37 • 23 Fevral 2018
Bakıda bədbəxt hadisə - uşağın qarnına mil batıb -

Bakıda bir yaşlı uşağın qarnına mil batıb.

Xezerxeber.az-ın məlumatına görə, körpə evdə təkbaşına mil ilə oynayarkən onu qarnına batırıb. İti uclu alət uşağın qarın boşluğuna keçib və daxildə xəsarətlərin yaranmasına səbəb olub. Yad cisim batdığı yerdən çıxarılmadan körpə dərhal xəstəxanaya çatdırılıb.

Cərrah Fuad Hüseynov deyir ki, uşaq dərhal əməliyyata alınıb və yad cismin çıxarılması istiqamətində işlər görülüb.

Mütəxəsisslər belə xoşagəlməz halların baş verməməsi üçün valideynləri daha diqqətli olmağa, həmçinin kəsici və iti uclu alətləri uşaqlar üçün əlçatan yerlərə qoymamağa çağırırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar