Xəzər Xəbər

Azərbaycanlı pilot "Formula-4" çempionatına qatıla bilər - VİDEO

Veb TV | 13:38 • 22 Fevral 2018
Azərbaycanlı pilot "Formula-4" çempionatına qatıla bilər -

Formula pilotu Cavidan Əlizadə kartinq yarışlarında bir neçə qələbə qazandıqdan sonra təcrübəsini artırmaq üçün Malayziyaya yollanmışdı. Gənc pilot artıq səfərdən qayıdıb. Malayziyanın paytaxtı Kuala Lumpurda olan pilot Asiya Avtoidman Federasiyasının başçısı Peter Tomsonla görüşüb və "Formula-4” bolidində testlərdən keçib.

23 yaşlı Cavidan Əlizadə deyir ki, hər bir sürücü kimi onun da arzusu ölkəmizi Formula 1 yarışlarında təmsil etməkdir.

Qeyd edək ki, Malayziyada növbəti test yürüşləri martın 17-21-i aralığında keçiriləcək. Yeni mövsümə isə apreldə start veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı reportajı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar