Xəzər Xəbər

Canavarlar Çuxur Qəbələ kəndində hücum edib, tələfat var - VİDEO

Veb TV | 18:50 • 18 Fevral 2018
Canavarlar Çuxur Qəbələ kəndində hücum edib, tələfat var -

Qəbələdə canavarlar şəxsi təsərrüfata hücum edib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Qəbələ rayonunun Çuxur Qəbələ kəndində gecə saatlarında baş verib.

Əsgər Abdurrəhmanov gecə gələn səs -küyə ayılıb. Tövləyə baxanda qoyunların tələf olduğunu görüb. Canavarlar tövləyə soxularaq 42 baş xırdabuynuzludan 24-ü parçalayıb.

Yerli sakinləri deyir ki, kənddə belə hallar tez-tez baş verir.

Qəbələ rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə gəliblər. 24 baş cəmdək basdırılıb. Qalan qoyunlara yardım göstərilib, ərazi dezinfeksiya olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar