Xəzər Xəbər

Cəlilabad sakini borc üstündə ölümcül bıçaqlandı VİDEO

Veb TV | 20:45 • 17 Fevral 2018
Cəlilabad sakini borc üstündə ölümcül bıçaqlandı

Pulunu almağa getdi amma borclu olan şəxsi bıçaqladı. Cəlilabad rayonunda başverən hadisədə 42 yaşlı Rahil Məmmədovun noxud satdığı şəxslə mübahisəsi qanla nəticələnib.

Cəlilabad Rayonun Məmmədrzallı kənd sakini 42 yaşlı Rahil Məmmədov bir neçə gün əvvəl satdığı noxudun qalıq borcunu almaq üçün bazarda alver etdiyi şəxsin yanına gəlib.

İsrafil adlı şəxs Rahilə satığı noxudun keyfiyyətinin aşağı olduğunu əsas gətirərək onunla mübahisə edib.

Zərərçəkənin sözlərinə görə İsrafil onu küt alətlə döydükdən sonra üzərindəki bıçaqla xəsarət yetirib.Yaralı Ağır halda Cəlilabad Mərkəzi rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Cəlilabad rayon Polis şövbəsində araşdırma aparılır.

Xəbər lenti