Xəzər Xəbər

Mindən çox köhnə kağız və metal pullar VİDEO

Veb TV | 20:49 • 17 Fevral 2018
Mindən çox köhnə kağız və metal pullar

Qazax sakininin 5-ci sinifdən başlayaraq topladığı pullar artıq gözoxşayan kolleksiyaya çevrilib. O, 25 ildən çoxdur ki, hobbi kimi həyata keçirdiyi işi hələ də davam etdirir. Onun kolleksiyasında isə mindən artıq metal və kağız pul yer alır.

Mindən çox köhnə kağız və metal pullar...

Bu kolleksiya Qazax sakini, 36 yaşlı Rəşad Əhmədova məxsusdur. Rayon sakini 25 ildən çoxdur ki, başladığı işi hələ də davam etdirir. İndiyə qədər 30-dan artıq ölkəyə məxsus metal və kağız pul toplayıb. Rəşad Əhmədov pulları səliqə ilə bir neçə alboma yerləşdirib.

Kolleksiyada çoxluq təşkil edən metal pullardır ki, bunların da əksəriyyəti Sovet dövrünün qəpikləridir. Digər ölkələrdən də xeyli sayda metal pullar var. Rəşad Əhmədovun kolleksiyasına 19-cu əsrdə və daha sonrakı dövrdə buraxılan pullar da daxildir.

Rəşad Əhmdov kolleksiyanı heç nəyə dəyişməyəcəyini və bundan sonra da yeni pullar axtarışında olacağını deyir.

Xəbər lenti

Çox oxunanlar