Xəzər Xəbər

Bakının mərkəzində yaşayış BİNASINDA YANĞIN - VİDEO

Veb TV | 20:50 • 20 Yanvar 2018
Bakının mərkəzində yaşayış

Səhər saatlarında bakıda yaşayış binası yanıb. Dörtmərtəbəli binanın dam örtüyündə baş verən hadisə zamanı sakinlər təxliyyə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Qəfildən başlayan yanğın tez bir zamanda binanın dam örtüyünü ağuşuna alıb.

Hadisə səhər saatlarında paytaxtın Səbail rayonu Neftçilər prospektində "Azneft" meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

Hadisəni görən bina sakinləri dərhal yanğınsöndürənlərə məlumat veriblər. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə texnikası və canlı qüvvəsi cəlb edilib. Xilasedicilər əvvəlcə binada yaşayanları təxliyyə ediblər. Daha sonra yanğının söndürülməsi istiqamətində işlər başlanıb.

Külək yanğının qarşısının alınmasınada çətinliklər yaradsa da təxminən bir saat yarımdan sonra yanğın məhdudlaşdırılıb. Hadisə zamanı xəsarət alan olmasa da mənzillərə ziyan dəyib.

Yanğına binanın damında naqillərində baş verən qısa qapanmanın səbəb olduğu ehtimal edilir. Çünki yanğın yatağı yoxlanılarkən orda qaz borusunun olmadığı məlum olub. Amma hazırda ekspertiza qrupu hadisənin dəqiq səbəblərini araşdırır.


Xəbər lenti

Çox oxunanlar