Xəzər Xəbər

Rəqəmsal mühitdə müəllif hüquqları daha çox pozulur - Çıxış yolu üçün yeni mexanizm hazırlanır - VİDEO

Veb TV | 20:42 • 13 Dekabr 2017
Rəqəmsal mühitdə müəllif hüquqları daha çox pozulur -

Müəllif hüququları ilə bağlı ənənəvi tədbirlər rəqəmsal sahədə tətbiq edilə bilmir.

Xezerxeber.az-ın məlumatına görə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, İnternetin bu qədər genişliyi və açıqlığı əqli mülkiyyət hüquqlarının qorunması sistemində tarazlığı pozaraq, istifadəçilərin mövqelərinin üstünlüyünə, hüquq sahiblərinin isə zəifləməsinə gətirib çıxarır. Əqli mülkiyyətin dövriyyəsinə aid üsullar və alqoritmlər, hüquqların müdafiəsi ilə bağlı ənənəvi tədbirlər rəqəmli mühitdə mexaniki surətdə tətbiq edilə bilmir.

Kamran İmanov deyib ki, qorunan əsərlə rəqəmsal şəklə çevrilən kontent arasında fərq olur. Bu da onun əqli mülkiyyət hüququnun qorunmasında maneələr yaradır.

Müəllif Hüquqları Agentliyi tərəfindən İnternetdə rəqəmli hüquqların idarə edilməsi sistemi yaradılıb. Hazırda bu sistemin daha da təkmilləşdirilməsi məqsədilə blokçeyn texnologiyasına əsaslanan xüsusi platforma yaradılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar