Xəzər Xəbər

Saakaşvili tərəfdarları etiraz aksiyası keçirir VİDEO

Veb TV | 11:28 • 11 Dekabr 2017
Saakaşvili tərəfdarları etiraz aksiyası keçirir

Ukraynanın paytaxtı Kiyevdə 50 min insan küçələrə axışıb.

XəzərXəbər Unian.net-ə istinadən xəbər verir ki, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları Ukrayna hakimiyyətinə ultimatum verib.

Mitinqdə onlar impiçment, təcili seçkilər, antikorrupsiya məhkəməsi və ölkə prokuroru Yuri Luçenkonun istefasını tələb edir.

Nümayişçilər məmurlara yeni Maydanla hədə-qorxu gəliblər.

Mixail Saakaşvili isə artıq 3 gündür ki, saxlanılır. Onu cinayətkar qruplaşmalarla əlaqədə ittiham edirlər. Saakaşvili bütün ittihamları rədd edir.

Xəbər lenti