Xəzər Xəbər

Xırdalanda yaşayış binasında baş verən yanğında 3 nəfər zəhərlənib - VİDEO

Veb TV | 11:48 • 7 Dekabr 2017
Xırdalanda yaşayış binasında baş verən yanğında 3 nəfər zəhərlənib -

Abşeron rayonunun Xırdalan şəhərində hündürmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, yanğın hadisəsi zamanı bina sakinləri təxliyə edilib və alovun qarşısı alınıb: "Yanğın tam söndürülüb. Hadisə zamanı 3 nəfər tüstüdən zəhərlənib".

Xatırladaq ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğın sonradan mənzillərə keçib.


Xəbər lenti