Xəzər Xəbər

Milli Məclisdə büdcə müzakirələri davam edir VİDEO

Veb TV | 20:56 • 22 Noyabr 2017
Milli Məclisdə büdcə müzakirələri davam edir

Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirələri bu gün də davam edib, millət vəkilləri büdcə ilə bağlı təkliflərini səsləndiriblər. Maliyyə naziri Samir Şərifov və mərkəzi bankın sədri Elman Rüstəmov isə deputatlarını təklif və iradlarını cavablandırıblar. Həm maliyyə naziri, həm də baş bankir neftdən gələn gəlirlərlə çox həssaslıqla davranılmalı olduğuna diqqət çəkiblər.

Azərbaycan neftdən əldə etdiyi gəlirləri ən həssas dönəmlərə saxlayır. Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2018-ci ilin büdcə müzakirələrində belə deyib.

Maliyyə naziri dövlət idarəçiliyində aparılan islahatlar nəticəsində 17 milyon manata qənat edilməsini də müsbət hal adlandırıb.

Mərkəzi Bankın sədri Elman Rüstəmov da neftin qiymətləri ilə bağlı olan gəlirlərlə diqqətlə davranılmalı olduğunu bildirib. Baş bankir neftin qiymətləri artsa belə büdcənin artırılmasının tərəfdarı olmadığına diqqət çəkib. Elman Rüstəmov pul kütləsinin bu ilin sonundan artmağa başlayacağını da vurğulayıb.

Sonra isə millət vəkilləri təkliflərini səsləndiriblər.Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov isə Bakı-Astara dəmiryolunun Astara və Lənkərandan keçən hissəsinin təcili köçürülməli olduğunu bildirib.

Millət vəkili Əhliman Əmiraslanov səhiyyənin müxtəlif sahələrinə ayrılan vəsaitlərin artırılmasını təklif edib. parlamentin komitə sədri, əhalinin sayına uyğun olaraq artımlar olmasa səhiyyədə gələcəkdə problemlər yarana biləcəyinə diqqət çəkib. milli məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov isə "azəristiliktəchizat" açıq səhmdar cəmiyyətinin fəaliyyətini tənqid edib və bu qurumun özəlləşdirilməsini təklif edib. müzakirələri sabah da davam edəcək.


Xəbər lenti